~Quliyev Mehdi Nadir oğlu~

Quliyev Mehdi Nadir oğlu – 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. 26 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib. M.Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır. Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir. 2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur.

Created with Mozello - the world's easiest to use website builder.

 .