~ Əliyev Biləndər Cəfər oğlu ~

Əliyev Biləndər Cəfər oğlu 1935-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olmuşdur. 1954-cü ildə Söydlü kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutuna daxil olmuş, 1959-cu ildə həmin institutu riyaziyyat ixtisası üzrə bitirmişdir. Bundan sonra Bakı şəhərinə gələrək Azərbaycan Neft-kimya institutunun (indiki Neft Akademiyasının) riyaziyyat kafedrasına işə qəbul olunmuşdur. О, burada müəllimlik fəaliyyəti ilə yanaşı elmi tədqiqat işləri ilə də məşğul olmuş, fizika-riyaziyyat elmlər namizədi alimlik dərəcəsinə yiyələnmişdir.
Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasının Ali riyaziyyat kafedrasında dosent vəzifəsində işləyən B.C.Əliyev 30-dan çox elmi məqalənin müəllifidir.

Created with Mozello - the world's easiest to use website builder.

 .