~MƏMMƏDOV MƏCİD ABBAS OĞLU~

Məmmədov Məcid Abbas oğlu 1924-cü ildə Gədəbəy rayonun Nərimankənd kəndində ziyalı ailəsində anadan olmuşdur.1941-ci ildə orta məktəbi bitirərək könülllü olaraq Böyük Vətən müharibəsinə getmiş və müharibənin sonuna qədər müxtəlif cəbhələrdə alman-faşist qoşunlarina qarşı mübarizə aparmışdır.İştirak etdiiyi döyüşlərə görə orden və medallarla təltif olunnmuşdur. M.Məmmədov 1946-1950-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət İnstitunda tarix ixtisası üzrə təhsil almış və ömrünü bu elmə həsr etmişdir. M.Məmmədov 1950-1954-cü illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetin əyani aspiranturasında təhsilini davam etdirmişdir.Həmin dövrdən başlayaraq tarix elminə dair bir sıra elmi-tədqiqat işləri yerinə yetirmişdir. Bunun nəticəsi olaraq götürdüyü dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, tarix elmləri namizədi elmi adına layiq görülmüşdür. GDU-da 35 ildən artıq müddətdə müəllim, dosent,<< Tarix>>kafedrasının müdiri və İnstitutun həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. Pedaqoji və elmi fəaliyyətii uzun müddət davam etdirərək Azərbaycan tarixinin qədim, orta əsrlər və xüsusilə yeni tarix dövrlərini ardıcıl surətdə öyrədərək, özünəməxsus tərzdə təhlil və tədqiq etmişdir. M.Məmmədov öz tədqiqatlatında Böyük Vətən müharibəsi illərinndə xalqımızın əzimkarlıgını əks etdirmişddir. Daha sonra, XIX əsrin sonu və bütövlükdə XX əsrdə yaşamış və fəaliyyət göstərmiş Azərbaycan xalqının görkəmli elm və dövlət xadimlərinin, tarixi şəxsiyyətlərin həyatına dair bir sıra sanballı monoqrafiyalar, məqalələr nəşr etdirmişdir. Onun elmi metodiki-əsərləri Moskvada, Kiyevdə və respublikamızın sanballı dövri mətbuatında nəşr olunmuşdur. Dosent M.Məmmədov 100-dən artıq nəşr olunmuş elmi-tədqiqat işinin müəllifi olmaqla yanaşı, elm sahəsində çalışan çoxlu sayda kadrlar yetirmişdir. Onun yetirdiyi elmi-pedaqoji kadrlar respublikamızın bütün regionlarında uğurla çalışırlar. Təcrübəli pedaqoq, əvəzsiz maarifçi, olduqca xeyirxah bir ziyalı olan M.Məmmədov 1988-ci ildə dünyasını dəyişmiş və Gəncə şəhərində Fəxri Xiyabanda dəfn olunmuşdur. Allah rəhmət etsin, qəbri nurla olsun. 

Created with Mozello - the world's easiest to use website builder.

 .