~MƏMMƏDOV MAHİR MƏCİD OĞLU~

Məmmədov Mahir Məcid oğlu 1956-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1973-cü ildə Gəncə şəhər 27 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə indiki Azərbaycan Dövlət İqtisad Universietinin Ümumiqtisad fakültəsinə daxil olmuş və 1978-ci ildə həmin fakültəni Fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ilin avqust ayından Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabcılıq İnstitutuna işə gondərilmiş və İqtisadi Tədqiqatlar şöbəsində elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1979-cu ildə Ukraynanın Krım vilayətinin Yalta şəhərində Ümumittifaq Elmi-Tədqiqat Şərabçılıq və Üzümçülük “Maqarac” Institutunun Iqtisadiyyat şöbəsinin məqsədli aspiranturasına qəbul olunmuş və 1983-cü ldə Kiyev şəhərində Elmi-Tədqiqat İqtisadiyyat institutunda “Aqrar-sənaye birliklərinin iqtisadi-təşkilati idarəetmə strukturlarının optimal parametrlərinin əsaslandirilması”movzusunda namizədlik dissertasiyasını mudafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1985-1989-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda baş elmi işçi, İqtisadi informasiya bölməsinin müdiri və instutun elmi katibi və elmi şuranın üzvü olmuşdur. 1989-2006-ci illərdə Azərbaycan Texnologiya Universitetinin dosenti, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 2006-ci ildən Gəncə Dövlət Universitetində fəaliyət gostərərək İqtisadiyyat kafedrasının dosenti və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində işləmişdir.2010-cu ildə təhsil sahəsindəki xidmətlərinə görə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” adına layiq gorülmüşdür. Dosent M.M.Məmmədov müxtəlif ölkələrdə nəşr olunmuş coxsaylı elmi əsərlərin nüəllifidir. 100 çaq vərəqi həcmində 130-dan artıq məqalə, tədris və metodiki vəsait onun qələmindən çıxmışdır.Dəfələrlə Moskva, Sank-Peterburq, Kazan, Kiyev, Odessa, Nikolayev, Tbilisi, Qroznı, Mahaçqala, Simferopol, Bakı və Gəncə şəhərində keçirilən elmi-nəzəri və elmi-praktik konfranslarda məruzələrlə çıxış etmişdir. Hal-hazırda iqtisad elminin aktual problemlərinə həsr olunmuş elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirir.

Created with Mozello - the world's easiest to use website builder.

 .