~ELÇİN MƏHƏMMƏD OĞLU CAVADOV~

Elçin Məhəmməd oğlu Cavadov,3 iyun 1969-cu ildə Gədəbəy rayonunun Böyük Qaramurad kəndində ziyalı ailəsində anadan olmuşdur.1986-cı ildə İnəkboğan kənd orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Kənd Təsərrufatı Akademiyasının kənd təsərrufatının mexanikləşdirilməsi fakültəsinə daxil olmuşdur.Tələbəlik illərində riyaziyyat fənnindən keçirilən respublika olimpiadasında 1-ci yeri tutmuşdur.1993-cü ildə Azərbaycan Kənd Təsərrufatı Akademiyasını Lenlin təqaüdü və fərqlənmə diplomu ilə bitirmişdir.Elmi yaradıcılıqla tələbə vaxtlarından məşğul olmuş,hələ tələbə ikən 10-a qədər elmi məqaləsi dərc olunmuşdur. 1993-cü ildən Gəncə Dövlət Universitetinin müəllimidir.Riyaziyyat fənnini çox sevdiyi üçün E.M.Cavadov BDU-nun tətbiqi riyaziyyat fakültəsini də bitirmişdir. 2002-ci ildən Elmi-Tədqiqat “Aqromexanika”İnstitutunda dissertant olmuş,görkəmli professor Həsən Quliyevin rəhbərliyi ilə dissertasiya işi yerinə yetirmiş,2005-ci ildə müdafiə edərək,texnika elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. E.M.Cavadovun 50-dən artıq elmi əsəri,bir neçə ixtirası və dərs vəsaiti var.Bundan başqa E.M.Cavadov ali məktəblərə hazırlaşanlar üçün “Riyaziyyat” adlı dərs vəsaitinin də müəllifidir.Ədəbi yaradıcılıqla məşğuldur,”Duyğu yarpaqları” adlı şeir kitabı çap olunmuşdur. Gəncə Dövlət Universitetində işlədiyi müddət ərzində özünü məsuliyyətli,işgüzar,savadlı bir müəllim kimi göstərmiş, bütün tələbə və müəllim kollektivi arasında hörmət qazanmışdır. Hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür,ailəlidir,iki övladı var.


Created with Mozello - the world's easiest to use website builder.

 .