~Sahib Əliyev~

Sahib Əliyev 15 mart 1933-cü ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1949-cu ildə orta məktəbi gümüş medalla bitirən Sahib Əliyev həmin il Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsinə qəbul olunmuş və ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1958-ci ildə namizədlik, 1965-ci ildə isə «Alkil, alkenilaromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen katalitik sintezi və çevrilmələrinin tədqiqi» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Akademik S.Əliyevin əsas elmi fəaliyyəti aromatik karbohidrogenlərin, poliqomerlərin, polimerlərin kimyası və texnologiyasına karbohidrogenlərin oliqomerləşməsi, alkilləşməsi, oksidləşməsi və s. başqa reaksiyalar üçün yüksək keyfiyyətli homogen və «heterogenləşdirilmiş» katalizatorların hazırlanmasına, sənaye polimerlərinin kimyəvi modifikasiyasına həsr edilmişdir. S.Əliyev 110 müəlliflik şəhadətnaməsinin, ABŞ, İngiltərə, Fransa, Almaniya və başqa ölkələr tərəfindən alınmış 20 patentin, həmçinin 400-dən çox elmi əsərin müəllifi idi. Azərbaycan MEA-nın həqiqi üzvü olmuşdur.Sahib Əliyev 7 fevral 1990 cı ildə dünyasını dəyişib.