~ƏLƏKBƏROV FAİQ QƏZƏNFƏR OĞLU~

Faiq Qəzənfər oğlu Ələkbərov 12 aprel 1977-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1994-cü ildə həmin kənddə orta məktəbi bitirərək, fəlsəfə ixtisası üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinə daxil olmuşdur. 2001-ci ildə həmin ali məktəbin magistraturasını bitirmişdir. Elə həmin ilin dekabrında AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsinə aspirant kimi qəbul olunmuşdur. 2005-ci ilin martın 25-də "ХХ əsrdə Azərbaycanın İctimai-siyasi və fəlsəfi fikir tarixində M.Ə. Rəsulzadənin yeri və rolu" mövzusunda dissertasiya işini müdafiə edərək, 09.00.03-fəlsəfə ixtisası üzrə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 2008-ci ildə "XX əsrin birinci yarısında Azərbaycan fəlsəfəsinin inkişaf yolları" adlı mövzusu elmlər doktoru dərəcəsi almaq üçün Koordinasiya Şurası tərəfindən təsdiq olunmuşdur. 1997-ci ildən 2003-cü ilə qədər jurnalistika sahəsində çalışmışdır. "Millət", "Zaman", "525-ci qəzet", "Üç nöqtə", "Xalq cəbhəsi" və digər qəzetlərdə jurnalist kimi fəaliyyət göstərmişdir. 2 monoqrafiya və 30-dan çox elmi məqalənin müəllifidir.

Created with Mozello - the world's easiest to use website builder.

 .