~CƏMİL ƏHMƏDLİ~

Cəmil Əhmədli 1931-ci ildə Gədəbəy rayonunun Söyüdlü kəndində doğulmuşdur. 1938-ci ildə birinci sinifə gedən C.Əhmədli müharibə illərində, məktəblərin çətin fəaliyyət göstərdiyi dövrdə atasının yanında təhsil almışdır. 1948-ci ildə 10-cu sinifdə oxuyarkən respublikada keçirilən riyaziyyat olimpiyadasının qalibi olmuşdur. Həmin il yeni yaradılmış Moskva Fizika-Texnika İnstitutunun nümayəndəsi C.Əhmədlinin oxuduğu məktəbin buraxılış imtahanlarında iştirak etmiş və onun həmin instituta qəbul olunduğunu bildirmişdi. Lakin maddi çətinliklərə görə Cəmil Əhmədli Moskvaya gedə bilmir, sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fəlsəfə şöbəsinə sənədlərini verərək qəbul olmuş, həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.C.Əhmədli 2010-cu il fevralın 9-dan 10-na keçən gecə dünyasını qəflətən dəyişib, Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.C.Əhmədli bir çox elmi əsərlərin müəllifidir. "Azadlıq və zərurət"(rus dilində)Bakı, 1960 "Materialist dialektikanın qanun kateqoriyası" Bakı, 1963 "Qanun kateqoriyasının formalaşması tarixindən" Bakı, 1969 "Materialist dialektikanın əsas qanunları" Bakı, 1967 "Sosiologiyaya dair söhbətlər"Bakı, 1981 "Tarixi idrak haqqında" (rus dilində)Bakı, 1969 "Qanun kateqoriyasının formalaşması tarixinə dair" Bakı, 1974 "Elmi-texniki inqilab və sosial problemlər" Bakı, 1974 "Məkan və zaman: problemlər, paradokslar və həllər" Bakı, 1988 "A.Enşteynin fəlsəfi görüşləri və prinsiplər metodu" Bakı, 1987 "İctimai qanunlar, onların idrakı və istifadə edilməsi" Bakı, 1986 "Azadlıq və tərəqqi" Bakı, 1999 "Sosiologiyada ölçmə metodu" (rus dilində) Bakı, 2001 "Nəzəriyyə, onun tipləri və funksiyaları" Bakı,2001

Created with Mozello - the world's easiest to use website builder.

 .