~ ŞAİQ MURTUZƏLİ OĞLU MƏMMƏDOV~

Əməkdar rəssam, professor. 29.05. 1956-cı ildə Gədəbəy rayonunun Samanlıq kəndində anadan olmuşdur. 05.07.1978-ci ildə indiki ADPU-nun «Təsviri incəsənət, rəsmxət və əmək təlimi» ixtisasını bitirmişdir. 25.08.1978-ci ildə təyinatla M.Gəncəvi adına Gəncə pedaqoji məktəbinə müəllim göndərilmişdir. 13.01.1989-cu ildə müsabiqə yolu ilə indiki GDU-ya müəllim seçilmişdir. 1993-cü ildə «Azərbaycan folkloru» müsabiqə sərgisində həvəs¬ləndirici diploma layiq görülmüşdür. 18.05.1995-ci ildə Bakı şəhərində fərdi yaradıcılıq sərgisi açılmışdır. 29.02.1996-cı ildə «Xalq sənəti və özünüməşğulluq» I sərgi-yarmarkanın qalibi olmuşdur. 11.06.1996-cı ildə Gəncə şəhərində fərdi yaradıcılıq səngisi açılmışdır. 08.08.1997-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilmişdir. 20.10.1997-ci ildə Pedaqoji elmlər namizədi alimlik dərəcəsi verilmişdir. 29.07.1998-ci ildə «Xalq yaradıcılığı - milli sərvətdir» I Respublika baxış-müsabiqəsinin III dərəcəli diplomu və laureat adı ilə təltif edilmişdir. 10.09.1998-ci ildə Xalq sənətinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə Gəncə şəhər Mədəniyyət İdarəsinin «Fəxri fərman»ı ilə təltif edilmişdir. 11.11.1999-cu ildə «Xalq yaradıcılığı-milli sərvətdir» II Respublika baxış-müsabiqəsinin III dərəcəli diplomuna layiq görülmüşdür. 1999-cu ildə xalq sənətinin inkişafındakı xidmətlərinə görə Gəncə şəhər İcra Aparatının «Fəxri fərman»ı ilə təltif edilmişdir. 18.02.1999-cu ildə GDU-nun «Təsviri incəsənət» kafedrasına dosent seçilmişdir. 11.06.2002-ci ildə Gəncə şəhərində fərdi yaradıcılıq sərgisi açılmışdır. 10.06.2003-cü ildə Gəncə şəhərində fərdi yaradıcılıq sərgisi açılmışdır. 28.12.2005-ci ildə Gəncə şəhərində «Xalq Sənətkarlarının Yaradıcılıq Mərkəzi» İctimai Birliyini yaratmışdır. 28.05.2004-cü ildə səmərəli elmi, fəal ictimai fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzinin «Fəxri fər- man»ı ilə təltif edilmişdir. 19.05.2005-ci ildə Azərbaycan Respublikasının prezidenti İlhm Əliyev cənablarının Gəncə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır. 20.09.2006-cı ildə Gəncə şəhərində şəhər günlərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır. 19.09.2007-ci ildə Azərbaycan Respublikasının prezidenti İlhm Əliyev cənablarının sərəncamı ilə xalq sənətinin inkişafındakı xidmətlərinə görə «Əməkdar rəssam» fəxri adı verilmişdir. 08.11.2007-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gülün Gəncə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır. 25.07.2008-ci ildə «Həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin zonalar üzrə baxış müsabiqəsi»ndə «Fəxri fərman»la təltif edilmişdir. 08.04.2009-cu ildə Gəncə Dövlət Universitetinin inkişafındakı xüsusi xidmətlərinə görə Universitetin «Xatirə medalı» ilə təltif edilmişdir. 27.10.2009-cu ildə «Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər» adlı zona sərgisində «Fəxri fərman»la təltif edilmişdir». 13.11.2009-cu ildə «Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər» adlı Respublika sərgisində II dərəcəli diplomla təltif edilmişdir». 20.03.2010-cu ildə Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi «Novruz- 2010» şənliklərində əl işlərindən ibarət sərgi ilə iştirak etmişdir. 24.06.2010-cu ildə GDU-nin «Təsviri incəsənət» kafedrasına professor əvəzi seçilmişdir. 26.07.2010-cu ildə Dekorativ-tətbiqi sənət üzrə 3 ümumrespublika festivalında «Fəxri fərman»la təltif olunmuşdur. 24.12.2010-cu ildə Moskva şəhərində «Dünya azərbaycanlılarının Həmrəylik günü» nə həsr olunmuş sərgidə əsərləri ilə iştirak etmişdir. 19.03.2011-ci ildə Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi «Novruz- 2011» şənliklərində əl işlərindən ibarət sərgi ilə iştirak etmişdir. 02.07.2011-ci ildə İran İslam Respublikasının Parlament rəhbərinin Gəncə şəhərinə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır. 29-30.07.2011-ci il Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi münasibəti ilə həvəskar rəssamların və xalq tətbiqi-sənət ustalarının əl işlərindən ibarət sərgidə mükafat və «Fəxri fərman»a layiq görülmüşdür. 05.10.2011-ci ildə İran İslam Respublikasının Mədəniyyət Nazirinin Gəncə şəhərinə səfərinə həsr olunmuş yaradıcılıq sərgisi açılmışdır. 19.03.2012-ci ildə Bakı şəhərində möhtərəm prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi «Novruz- 2012» şənliklərində əl işlərindən ibarət sərgi ilə iştirak etmişdir. 06.04.2012-ci ildə Gəncə şəhərində keçirilən II Respublika Dekorativ-tətbiqi sənət festivalında iştirak edərək «Fəxri fərman»la təltif olunmuşdur. 70-dən çox müxtəlif səviyyəli sərgilərin, sərgi-yarmarkaların və müsabiqə sərgilərinin iştirakçısıdır. Bir dərs vəsaiti, bir metodik göstəriş, bir metodik vəsait, üç metodik tövsiyə, üç fənn proqramı, bir monoqrafiya, doqquz tezis, iyirmi səkkiz elmi məqalənin, iki açıqca dəstinin və iki tərbiyəvi hekayənin müəllifidir. Yaradıcılığı haqqında 110-dan çox qəzet, jurnal və kitab məqalələri çap olunmuş, 40-a qədər televiziya verlişi efirə getmişdir. Hazırda Gəncə Dövlət Universitetinin «Təsviri incəsənət» kafedrasının professordur.

Created with Mozello - the world's easiest to use website builder.

 .