Azərbaycan 
Torpağına, daşına mən
Qurban olum, Azərbaycan! 
Elə sarmaşım boynuna 
Bir can olum Azərbaycan! 
~~~~~~~~~~~~~~~~~~~~~
Könlüm olub para-para, 
Varlığım çəkildi dara, 
Yarım gəzən o dağlara, 
Mehman olum Azərbaycan! 
~~~~~~~~~~~~~~~~~~~~~
Dinlə barı, məni dinlə, 
Qəlbim ağlar həsrətinlə, 
Könlüm istər möhnətinlə, 
Şan-şan olum Azərbaycan! 
~~~~~~~~~~~~~~~~~~~~~
İlham vurğundu hüsnünə, 
Qəlbi dönür aha, ünə, 
İstərəm ki, hər dərdinə, 
Yanan olum Azərbaycan!
İlham Məhəmməd oğlu Cavadov.

Ozan- aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlamışdır.Aşıq sənəti –xalq mühitində yaranmış şifahi xalq yaradıcılığı musiqi formasıdır və təsir gücü, məşhur olması və kamilliyi baxımından analoqu olmayan bir təzahürdür. Aşıq sənəti sintetikdir, yəni aşıq şeir yazır, musiqi bəstələyir, həm də oxuyaraq sazda çalır və rəqs edir. Aşığı çox vaxt balaban və nəfəsli alətlər ansamblı da müşayiət edir. Lakin aşığın əsas musiqi aləti sazdır.Saz qədim Azərbaycan dartımlı simli musiqi alətidir




Report abuse Learn more