~GƏDƏBƏY ŞƏHƏRİ~

                                                                                               Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir.XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855-1856-cı illərdə yerli sahibkarlar tərəfindən misəritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin "Simens" şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. "Simens" şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin "Folker Şpis" elmi nəşriyyatı tərəfindən "Qalakənd" adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin avqustun 8-də rayonun iki kəndi Motudərə və Qasımağalı kəndləri, o cümlədən 78 yaşayış evi, 1 məktəb və 2 tibb məntəqəsi yandırılmışdır. Hazırda həmin kəndlərdə məktəb və tibb məntəqəsi, 17 yaşayış evi bərpa olunmuş, digər yaşayış evlərinin bərpası davam etdirilir.

~Mədəniyyət~

Rayonda 86 ümumtəhsil məktəbi (16 ibtidai, 28 doqquz illik,42 orta), 1 texniki peşə məktəbi var. Həmçinin rayonda 13 mədəniyyət evi, 26 klub, 67 kitabxana, 39 kinoqurğu var. Rayonun mərkəzində 5 min nəfərlik stadion var. Rayonda 325 çarpayılıq 10 xəstəxana, 36 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, 75 həkim, 298 orta tibb işçisi var (1980)."Gədəbəy dəfinələri" adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu.Rayonda xalq sənətlərindən əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanmışdır.

~Görkəmli şəxslər~

Nurəddin Rzayev – əməkdar elm xadimi, professor.
Tofiq Köçərli – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
Firudin Köçərli – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki.
Qoşqar Əhmədov – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Yaqub Məmmədov – tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər

Akademiyasının muxbir uzvu.Azərbaycan Milli Məclisinin sabiq sədri, millət vəkili.

İlyas Tapdıq – şair, tərcüməçi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Azərbaycan komsomolu mükafatı laureatı (1972).

Zəka Vilayətoğlu – mədəniyyət və incəsənət xadimi, yazıçı, müğənni.
Mehti Quliyev - Sovet İttifaqı Qəhrəmanı.
Polad Qasımov - əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist.
Tofiq Mirzəyev - aktyor, rejissor.
İzzət Rüstəmov - fəlsəfə elmləri doktoru.
Cahangir Məmmədov - fəlsəfə elmlər doktoru.
Xəlil Köçərli - tarix elmləri doktoru.
Firudin Hüseynov - filologiya elmləri doktoru.