~RƏŞİD MAHMUDOV~

Mahmudov Rəşid 1938-ci ildə Gədəbəy rayonunun Kəsəmən kəndində anadan olmuşdur.1952-ci ildə Fizuli adına Böyük Qaramurad kənd orta məktəbinin VIII sinfinə daxil olmuş və 1955-ci ildə həmin məktəbin Х sinfini əla qiymətlərlə qurtarmışdır. Həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur.1961 -ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirmişdir.1991 -ci ildən Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb institutunda dosent seçilmişdir. Hal-hazırda Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasında dosent vəzifəsində çalışır. 50-dən çox elmi əsərin müəllifidir.