~Əhmədli Nazim Qoşqar oğlu~

Əhmədlilər nəsli istəsəydilər Söyüdlü kəndində böyük bir Akademiya aça bilərdilər. Əgər sağ olsaydı bu Akademiyanın başında məhşur riyaziyatçı-professor, Nazim müəllimin atası Qoşqar Əhmədli durardı. Zünkü özünün gözəl insani keyfiyyətləri ilə özünü Qoşqar müəllimlə müqayisə edə biləcək ikinci bir şəxsiyyət nəinki bu nəsildə, eləcədə bütün Gədəbəydə hələ ki, dünyaya gəlməmişdir.Əhmədli Nazim Qoşqar oğlu isə həmişə atasına layiqli oğul kimi yaşamaq istəmişdir. O, 1954-cü ildə Bakı şəhərində anadan olsa da Vətəninə həmişə bağlı olmuşdur.N.Əhmədli 1961-ci ildə 132 saylı Bakı şəhər orta məktəbinə daxil olmuş, 1971-ci ildə 190 nümrDli Bakı şəhər orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1976-cı ildə Universiteti bitirib Azərbaycan Elmlər Akademiyasının riyaziyyat institutunda elmi fəaliyyətə başlamışdır.N.Əhmədli 1979-cu ildə işlədiyi elmi-tədqiqat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1987-ci ildə görkəmli alim-akademik Fərəməz Maqsudovun və fizika-riyaziyyat elmləri doktoru, professor Ələddin Şəmilovun rəhbərliyi ilə AE Akademiyasının Mexanika-riyaziyyat institutunda elmi-tədqiqat işini müzakirəyə təqdim etmiş və Moskva şəhərindəki Steklov adına instutda riyaziyyat elmləri namizədi alimlik dərəcəsi müdafiə etmişdir.N.Əhəmədli 1981-ci ildən pedaqoji fəaliyyətə başlamışdır. Belə ki, həmin ildən müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin dosenti vəzifəsinə seçilmişdir. Hal-hazırda da həmin vəzifədə çalışır.N.Əhmədli fəaliyyət göstərdiyi dövr ərzində bir çox elmi və elmi-metodoloji əhəmiyyət kəsb edən əsərlər yazmışdır. O, bir neçə məqalənin müəllifidir.