~Rafiq Musa oğlu Məmmədhəsənov~

Məmmədhəsənov Rafiq Musa oğlu 1945-ci sentyabrın 26-da Azərbaycan Respublikası Gədəbəy rayonunun Gədəbəy qəsəbəsində anadan olub. 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb Dövlət İnstitutunun müalicə - profilaktika fakültəsinin 1-ci kursuna daxil olub, 1969-cu ildə həmin institutu bitirib. 1969-1971-ci illərdə təyinatla Naftalan sanatoriyasında həkim-terapevt, sonra 1971-1973-cü illərdə Mərdəkan mədə-bağırsaq sanatoriyasında həkim-terapevt işləyib. 1974-1976-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutu II müalicə-profilaktika fakültəsinin daxili xəstəliklər kafedrasının aspirantı olub. Respublikada İxtisaslaşmış müdafiə elmi şurası olmadığına görə 1979-cu ildə Tbilisi Dövlət Tibb İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1977-1986-cı illərdə həmin kafedrada assistent vəzifəsində işləyib. 1986-1990-cı illərdə Moskvada Ümümittifaq Endokrinoloji Elmi Mərkəzin doktorantı olub. 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1990-cı ildən bu günə qədər Tibb Universitetinin daxili xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır və həmin ildən indiyə qədər eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur. 1993-cü ildən hal-hazıra qədər həm də Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində işləyir. 2000-ci ildə Ümummilli liderimiz, prezident H. Əliyev tərəfindən Əməkdar elm xadimi adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı ilə təltif edilib. 1992-ci ilin noyabrından YAP-ın üzvüdür. YAP siyasi şurasının üzvüdür. 13 may 2006-cı ildə III çağırış Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar deputat (IV çağırış) seçilib