~ Abbasov Əli Məhəmməd oğlu ~
Abbasov Əli Məhəmməd oğlu 1931-ci ildə Gədəbəy rayonun İsalı kəndində anadan olmuşdur. Orta məktəbi əla qiymətlərlə başa vurub, 1947-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olunmuş və oranı müvəffiqiyyətlə bitirmişdir.
Tələbə elmi cəmiyyətinin fəal üzvü olub, Nizami Gəncəvinin tədqiqi ilə maraqlanmışdır. 1958-ci ildə Azərbaycan Elmlər Akademiyasının nəznində şərqşünas kimi işləmişdir. Nizami Gəncəvinin «İskəndərnamə» poemasının tədqiqi ilə məşğul olub, 1964-cü ildə “Nizaminin «İskəndərnamə» poeması” adlı qiymətli monoqrafiyasD çap olunmuşdur. 1966-cı ildə dissertasiya müdafiə edərək fiologiya elmləri namizədi dərəcəsini almışdır.
O, bir neçə il Əfqanıstanda mütərcim sifəti ilə çalışmışdır. Əfqanıstanda olduğu 10-11 il ərzində Kabulun, Məzari Şərifin muzey və kitabxanalarında axtarışlar apararaq 1986-cı ildə bu materiallar əsasında «Azərbaycan-əfqan ədəbi əlaqələri tarixi» adlı monoqrafiya və o adda kitab çapdan çıxarmışdır. Onun “N.Gəncəvinin «İskəndərnamə» poemasının tədqiqi” əsəri də həmin zaman çap edilmişdir.
Fars dilindən Azərbaycan dilinə tərcümə etdiyi Nizami Əruzi Səmərqəndinin «Cahar məqalə» əsəri 1994-cü ildə çapdan çıxmışdır. O, 16-cı əsr tarixçisi Budaq Mənini Qəzvinin «Cəvahir Əxbar» adlı tarixi əsərini şərhlərlə birlikdə çapa təqdim etmişdir. Məqalələri Əfqanıstan və Türkiyədə dərc edilmişdir. 100 -dən artıq elmi məqalənin müəllifi olmuşdur. Əli Abbasov Əfqanıstanla-Azərbaycan ədəbiyyatları arasındakı ədəbi əlaqələri öyrənən ilk alimdir. Əfqanıstan hökümətinin iki medalı ilə təltif edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Abbasovun monoqrafiyalarından Ali məktəblərin humanitar elmləri öyrənən fakültələrində istifadə olunur. Əli Abbasov 1993-cü ildə dissertasiya müdafiə edərək elmlər dokdoru alimlik dərəcəsinə layiq görülmüşdür. Onun yazdığı monoqrafiyalar Nizami «Xəmsə»si və Xəqaninin «Töhfətül-İraqeyi» əsərini, Əfqan ədəbiyyatı klassiklərini aşkara çıxarmışdır. Onun elmi xidmətlərindən biri də bundan ibarət olmuşdur ki, o, ilk dəfə olaraq Əfqanıstanda yaşayan azərbaycanlılar və onların folklor nümunələrini aşkar etmişdir. Onun bu sahədə çap etdirdiyi məqalələr xaricdə və daxildə oxucuların marağına səbəb olmuşdur.
Əli müəllim ilk dəfə Azərbaycan Əfqanıstan çoxəsrlik şifahi xalq ədəbiyyatı əlaqələri məsələsinə də əsaslı yer vermişdir.
«Koroğlu» dastanınDn Əfqanıstanın türkdilli xalqları arasında geniş yayılması, onların müxtəlif variantları, «Əsli və Kərəm» dastanın Əfqanıstana köçürülən azərbaycanlılar tərəfindən gətirilməsi elmi dəlillərlə sübut edilmişdir. İlk dəfə olaraq Azərbaycan türklərinin Əfqanıstana köçürülmə tarixini müəyyənləşdirərək onların mədəniyyəti ilə bağlı fikirləri söyləmişdir. Son illərdə Əli müəllim doğulduğu rayonun tarixi haqqında zəngin materiallar toplayaraq «Gədəbəy tarixi» adlı tədqiqat əsərində yazıb tamamlamışdır. Əfsuslar olsun ki, bu son tədqiqatı kitab halında görmək Əli müəllimə nəsib olmadı.